"Zirə", Rəşad Sadıqov titul üçün acdı"

“Mənə elə gəlir ki, “Qarabağ” finalda qalib gələsidi. Düzdür, ”Zirə"nin son vaxtlar yaxşı performansı var. Amma fikrimcə, rəqibi daha güclüdü".

Bu fikirləri Presssport.az-a açıqlamasında PRO kateqoriyalı mütəxəssis Azər Bağırov deyib.

Azərbaycan Kubokunun bugünkü finalında şansları dəyərləndirən "Araz-Naxçıvan"ın 43 yaşlı sabiq çalışdırıcısı “Qarabağ”ı aşkar favorit sayır: “Bu komanda həm oyun təcrübəsi, həm də final oyunlarını qazanmaqla üstündü. Bəli, bir məqam var ki, ”Zirə" finalın nəticəsindən asılı olmayaraq, artıq Avropa Liqasında vəsiqə qazanıb. Məncə, “Zirə", Rəşad Sadıqov titul üçün acdı. Layiq olan qazanar".

Xatırladaq ki, “Zirə” 2 il əvvəl məhz məhz Sadıqovla məhz "Qarabağ"la finalda qarşılaşaraq oyunsonrası penaltilər seriyasında yenilib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC