Bu axşam keçiriləcək Azərbaycan Kubokunun finalında 3 cəzalı var.
Presssport.az xəbər verir ki, bunlardan 2-si futbolçu, 1-i məşqçidi.
Oyunçular əcnəbilərdi. Belə ki, “Qarabağ”ın əlcazirli yarımmüdafiəçisi Yassin Benzia ilə “Zirə”nin ukraynalı hücumçusu Vladislav Kulaç vərəqə limitini aşdıqlarına görə meydana çıxa bilməyəcəklər.
"Qartallar"ın məşqçisi Vüqar Məmməd isə hələ "Səbail"də işlədiyi müddətdə bu turnirdə aldığı ağır cəzanı çəkməkdə davam edir və finalda da “texniki zona”da ola bilməyəcək.
Xatırladaq ki, “Liv Bona Dea Arena”dakı görüş saat 20:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC