Azərbaycan Kubokunun finalında 2 illil fasilədən sonra yenidən müəllim-tələbə dueli olacaq.
Presssport.az xəbər verir ki, Qurban Qurbanovla Rəşad Sadıqov vaxtilə bir yerdə oynayıblar, sonra isə Sadıqov təcrübəli həmkarının rəhbərliyi altında "Qarabağ"da uzun müddət çıxış edib.
42 yaşlı mütəxəssis məşqçi kimi kuboku qazanmasa da, 52 yaşlı Qurbanovda bunun sayı artıq 5-di. Hamısı da məhz hazırkl klubuyla.
Qurbanov futbolçu kimi 1 dəfə ölkə kubokunun qalibi olub. Onda "Neftçi"nin kapitanı kimi bunu başı üzərinə qaldırıb, Sadıqov da onun komanda yoldaşı olub.
Ümumiyyətlə, Qurbanov indiyədək Azərbaycan Kubokunun finallarında məğlubiyyət acısı dadmayıb. Özü də son dəfə məhz Sadıqovu məyus edib. Bu, 2022-ci ildə Qəbələdə oyunsonrası penaltilər seriyasında baş verib. Sadıqov futbolçu kimi 3 dəfə Qurbanovun rəhbərliyi altında "Qarabağ"da kapitan kimi kuboku başı üzərinə qaldırıb.
Onu da bildirək ki, “Zirə” finala ilk dəfə hazırkı baş məşqçisiylə çıxıb, 10 illik tarixində ilk dəfə “Qarabağ”ı məhz onunla məğlub edib. "Qartallar" bu axşam qalib gələrsə, həm özü, həm də Sadıqov məşqçi kimi ilk dəfə titula sahib çıxacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC