Rumıniya FCSB-nin İdarə Heyətinin sədri Mihai Stoyka Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsində potensial rəqiblər barədə fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, “Qarabağ” haqda da danışan Buxarest klubunun rəhbəri Azərbaycan çempionunun özləri üçün qorxulu olmadığını deyib: "İlk növbədə II təsnifat mərhələyə keçmək istəyərdik. Potensial rəqiblər arasında PAOK və "Midtyulland" "əjdaha" kimi görünür. "Qarabağ" isə belə, Yunanıstan və Danimarka klubları səviyyəsində deyil. Düzdü, çox yaxşı komandadı. Demək olar ki, bu mövsüm "Bayer"i Avropa Liqasından kənarlaşdırmağa çox yaxın idi. Amma düzünü deyim, PAOK-dan qorxduğum qədər "Qarabağ"dan qorxmuram".
Xatırladaq ki, “Qarabağ” ÇL-də mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC