"Şamaxı" Ramiz Məmmədovla bağlı qərar verdi - RƏSMİ

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı”nın İdarə Heyətinin (İH) növbəti iclasında bir sıra qərarlar qəbul edilib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda ilk olaraq geridə qalan mövsümdə “Şamaxı”nın I Liqada çempion olmasında baş məşqçi kimi verdiyi tövhəyə görə Ramiz Məmmədova İH üzvləri minnətdarlığını bildirib və komandanın yenidən Premyer Liqaya qayıtmasında onun böyük əməyinin olduğu qeyd edilib.

Müzakirələr nəticəsində 56 yaşlı Məmmədovla yolların ayrılmasına qərar verilib. O, İH sədr müavini kimi fəaliyyətini davam etdirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC