11 qol vuruldu, millimizin sabiq futbolçuları məğlubiyyətə üzüldü

Minifutbol üzrə Azərbaycan çempionatında VII tura yekun vurulub. Presssport.az xəbər verir ki, ikinci oyun günündə daha 4 matç keçirilib. 

Milli komandamızın sabiq üzvlərindən formalaşdırılan “İnter” 11 qolun vurulduğu görüşdə minimal fərqlə məğlub olub.

Xatırladaq ki, bir gün əvvəl keçirilən oyunlarda “Birbaşa Bakı” “Dirçəliş”i, “Zirə” “Baku Fire”ni 7:0, “Odlar Yurdu” “Veteran”ı 3:0, “Sumqayıt” isə “Turan”ı 3:2 hesabı ilə məğlub edib.

“Dinamo Gəncə” – “Real Bakı” 4:6

“Qalaxy Bakı” – “İnter” 6:5

“Siyəzən” – “Atəşgah Suraxanı” 2:5

“Aznur” – “Abşeron” 2:4

Hazırda “Zirə” 21 xalla turnir cədvəlinə başçılıq edir. “Birbaşa Bakı” 18 xalla 2-ci, “Real Bakı” isə 16 xalla 3-cü pillədə qərarlaşıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC