Tahir Gözəl: "İnanıram ki, "Qarabağ"ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupunu aparacaq"

"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun "Zirə" ilə final matçından sonra brifinq keçirib.

Presssport.az klub rəhbərinin fikirlərini diqqətinizə çatdırır:

- Çox gərgin oyun oldu. Son dəqiqələrə qədər matçın əlavə vaxta gedəcəyini düşünürdüm. Rəşad Sadıqovun məharəti ortada idi. Bu kubok Avropa yolunda bizə motivasiya olacaq. 

- "Real" Çempionlar Liqasının qalibi olandan sonra "Qarabağ"ın II mərhələdən başlayacağı dəqiqləşdi. Bu, komandaya necə təsir edəcək?

- Buna görə qrup mərhələsinə bir pillə yaxın olacağıq. Artıq "Qarabağ" hər azərbaycanlının ürəyində özünə yer tapan çox önəmli klubdur. Xalqımızı sevindirməyə çalışacağıq.

- Çempionlar Liqasında qrup mərhələsinin formatı dəyişib. Hazırkı formatda "Qarabağ" qrupa düşə bilər?

- Sonda qarşımıza nəhəng klublar çıxır. Avropada asan oyun yoxdur. Əsas odur ki, hazırlığımız yüksək səviyyədə olsun. İnanıram ki, "Qarabağ"ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupunu aparacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC