Bu gün karyerasını başa vuran “Qarabağ”ın kapitanı Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərmək istəyir.
Presssport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis 35 yaşlı Medvedevin Ağdam təmsilçisində işləyə biləcəyini söyləyib: “Aramızda qısa danışıq olub. Qarşıdakı günlərdə növbəti dəfə danışacağıq. Futbol akademiyamızda tez bir zamanda işə başlaması mümkündü. Maksim kimi futbolçunun komandanı tərk etməsi mənim üçün asan deyil. Çünki 16 ildi burda mənimlə birgədi. Tək bizim üçün yox, Azərbaycan futbolu üçün də faydası olub”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC