Azərbaycan Kubokunun final oyunundakı həlledici qol Abdullah Zubir üçün əlamətdar olub.
Presssport.az xəbər verir ki, 33 yaşlı fransalı futbolçu “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib.
Belə kİ, təcrübəli sol cinah yarımmüdafiəçisi “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə qazandıran qolun müəllifi olub.
Zubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqada 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə adını tabloya yazdırıb.
Xatırladaq ki, Abdullah 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC