Milli komandaların idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlanıb

Azəbaycan Gənclər və İdman Nazirliyi (AGİN) olimpiya idman növləri üzrə milli komandaların idmançılarının iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.

Presssport.az AGİN-in mətbuat xidmətində istinadən xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan yığması 675 xalla 1-ci pillədə qərarlaşıb.

Bədii gimnast Zöhrə Ağamirov 495 xalla 2-ci, Avropa və dünya çempionu olan cüdoçu Hidayət Heydərov 450 xalla 3-cüdü.

İdman gimnastı Nikita Simonov (430 xal), cüdoçu Yaşar Nəcəfov (370 xal), atlet Anna Skidan (360 xal), cüdoçular Elxan Hacıyev (350 xal), Zelim Kotsoyev (340 xal), Leyla Əliyeva (340 xal) və Rəşid Məmmədəliyev (305 xal) ilk "10-luğ"u tamamlayır..

Reytinq xallarının hesablanması AGİN tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq turnirlər öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC