"Konfrans Liqasında yox, Avropa Liqasında mübarizə aparmağımız bizə 1 məğlubiyyət haqqı verir" - "Zirə"nin futbolçusu

"Düşünmürəm ki, "Qarabağ" bayram əhval-ruhiyyəsində idi. 1:0-dan, 2:0-dan sonra da çox güclü müdafiə olunurdular. Ən yaxşı oyunlarından birini oynadılar. Bu gün meydanda ən yaxşı "Qarabağ" vardı".

Presssport.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Ceyhun Nuriyev ötən gün Azərbaycan kubokunun "Qarabağ"la final matçından (1:2) sonra jurnalistlərə açıqlamasında deyib. 

Məlumdu ki, ağdamlılar hər iki “cəbhə”də qalib gəldi, zirəlilər isə 2-ci oldu. Bunu qəsəbə təmsilçisi adına uğur hesab etmək olar? Nuriyevin bunu belə cavablandırıb: “Bəli, bugünkü gün adımıza uğur saymaq olar. Azərbaycan kubokunu qazanmağı çox istəyirdik, buna bir az yaxın idik. Ümumilikdə ”Qarabağ"dan sonra həm çempionatda, həm də kubokda 2-ci olmaq "Zirə"nin bumövsümkü uğurudu. Mövsümün gedişində “qara zolağ”a düşmüşdük. Onda da bilirdik ki, ordan çıxacağıq. Bəlkə də həmin vaxt xallar qazansaydıq, son 4-5 tura qədər "Qarabağ"a yaxın ola bilərdik, çempionluq şanslarımızı qoruyub saxlayardıq. Amma düşünürəm ki, futbolda belə hallar olur".

Nuriyev "Zirə"də özünü tapdığını deyib: "Burda daha çox oynayıram. Bir futbolçunun inkişafı onun çox oynamağından asılıdı. Ona görə də inkişafa doğru getdim. Milli komandaya yenidən qayıtdım". Avroliqanı səbirsizliklə gözləyirəm. Həyatımda ilk dəfə Avropa Liqasında oynayacam. Konfrans Liqasında yox, Avropa Liqasında mübarizə aparmağımız bizə 1 məğlubiyyət haqqı verir. Bu, bizim üçün yaxşıdı. Azərbaycan çempionatından Avropa Liqasına yalnız 1 komanda vəsiqə qazana bilir. Bizim hədəf də Avroliqa idi. Burdan başlamaq bizi bir addım öndə edir".

Ceyhun bir müddət "Sabah"ın əvəzedici heyətində çıxış etməsindən də danışıb: "5 ay 2-ci komandada oynadım. Oyun praktikası cəhətdən geri düşdüm. Amma məşqlərə davam edirdim. Ona görə də "Zirə"də formamı bərpa etməyim az vaxt apardı. Məşqlərlə özümü formada saxlamağa çalışırdım".

Gənc yarımmüdafiəçi sonda Azərbaycan millisinin iyunun 7-də Albaniyaya, iyunun 11-də Qazaxıstana qarşı keçirəcəyi oyunlardan söz açıb: "Rəqiblər çox güclüdü. Albaniya Avropa çempionatında iştirak edəcək. Qazaxıstan da buna çox yaxın idi. Amma bu, milli komandadı. Onunla səfərə gediriksə, ancaq qələbə barədə düşünəcəyik". 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC