"Kəpəz" qışdan sonra ardıcıl 4 tur evdə oynayır - niyə belə alınıb?

PFL Premyer Liqada qış fasiləsinədək 4 turun oyun cədvəlinin açıqladı. Burda əsas diqqətçəkən məqam “Kəpəz”in matçlarıyla bağlıdı.

Belə ki, Gəncə klubu III dövrədə ilk 4 turda bütün qarşılaşmalarını evdə keçirəcək. Bunlar “Turan Tovuz”la artıq başa çatan görüşdən sonra “Qarabağ”, “Araz-Naxçıvan” və "Səbail"lə matçlardı.

PFL-in texniki-idman direktoru Elgiz Abbasov Pressssport.az-a açıqlamasında belə ardıcıllığın səbəbini açıqlayıb: “Bu, “Kəpəz”in "Qarabağ"la II dövrədəki görüşünün yerini dəyişdirilməsi ilə bağlıdı. Belə ki, onda II və III dövrələrin matçlarının məkanları dəyişdirilmiş, həmin qarşılaşma Bakıda baş tutmuşdu. Buna görə “Kəpəz” bu dəfə “Qarabağ”ı qəbul edəcək və nəticədə gəncəlilərin qış fasiləsindən sonra ilk turlarda ev oyunlarının sayı çıxalıb. Onsuz da bizdə Əsasnaməylə bir komanda mövsüm ərzində - kubok görüşləri bura daxil deyil - 2-dən çox səfər, 2-dən çox ev oyununu ard-arda keçirə bilməz. Amma ortaya kubok girəndə bu, problem deyil. Çünki bu yarışlar fərqlidi".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC