Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.
Presssport.az xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan millisi növbəti oyununu keçirib.
İtaliya millisi ilə üz-üzə gələn yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə hesabı açan Vasçelo imza atıb.
Xatırladaq ki, millimiz dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib, İtaliya isə Fransaya uduzub – 1:3. Elşad Quliyevin komandası iyunun 4-də Fransa ilə qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC