Azər Bağırov: "Mətbuat çox sağ olsun, məni ora-bura göndərir, böyük bir şərtlərim yoxdu, sadəcə..."
Premyer Liqada mövsüm bitəndən sonra futbolçu transferləri daha çox maraq doğursa da, məşqçi gedişləri-gəlişləri də diqqət mərkəzində olur. Hər halda, Premyer Liqada baş məşqçi postu boş olanlar da var. İşsiz mütəxəssislərdən mətbautda adı daha çox hallanandan olan Azər Bağırovla söhbətləşdik. 43 yaşlı PRO kateqoriyalı mütəxəssis öncə mediada haqqında yazılanlara münasibət bildirib.
- Mən də mətbuatdan oxuyuram bəzi şeyləri. Mətbuat çox sağ olsun, məni ora-bura göndərir. Amma hələ ortada heç bir şey, real təklif yoxdu. Bir sözlə, evdə oturub dincəlirik.
- Dincəlmək yormur? Çünki aktiv həyat tərzi keçən adamsınız…
- Əslində, artıq bir az yoğrunluq var. İnşallah, yəqin, tezliklə aradan qalxar.
- Premyer Liqadan 2 klub yeni baş məşqçi axtarır - “Turan Tovuz”la "Neftçi". Onlardan sizə hansısa formada maraq olub?
- Yeni deyirəm, mediadan oxuduqlarımdı ki, orda adı keçir, burda adı hallanır, fikriləşirlər, düşünürlər. Amma bu barədə heç bir zəng də olmayıb, söhbət də. Bu günə yüz faiz belədi.
- Dediyim klublardan baş məqşçi gedişləri sizin üçün dərəcədə gözlənilməz oldu?
- “Turan Tovuz”dakı gediş çox maraqlı oldu. Bu. həqiqətən belədi.
- Hansı mənada?
- O mənada ki, heç gözləmirdim baş məşqçi gedişini. Çox maraqlı bir vaxtda, bəlkə də heç gözləmədyi bir anda. Mediadan da oxuyuruq ki, heç nə demədən, bir səbəb gətirmədən ayrılıblar. Amma “Neftçi”də əlbəttə ki, baş məşqçi gedişi gözlənilirdi.
- Azər Bağırov Premyer Liqanın hər bir klubuna getməyə hazırdı, yoxsa xüsusi bir şərtləri var?
- Böyük bir şərtlərim yoxdu, sadəcə, hər bir şey peşəkarlığa bağlıdı. Peşəkar insanlarla işləmək ayrı bir şeydi. Ümumi götürəndə, bu mövsüm gördüklərim, yaşadıqlarım mənim üçün böyük bir təcrübə oldu.
- Düşünürsünüz ki, keçən mövsüm gördüyünüz işlə hər halda, bu fasilədə boş qalmazsınız və yeni mövsümdə Premyer Liqaya qayıdarsınız?
- Premyer Liqanı yaxından izləyən hər bir futbol funksioneri gördü ki, qışadək "Araz-Naxçıvan"da çox böyük iş gördük. Məncə, qışdan sonra işimizə təsir edən bəzi amillər oldu. Lakin mənə elə gəlir ki, iş bacarığımızı gördülər və futbolu bilənlər bəzi şeylərə qiymət verə bilirlər.
- Milli komandada hələ də baş məşqçi təyinatı yoxdu. Bəs, ordan sizə təklif gələcəyinə ümid edirsiniz?
- Hər bri məşqçi, Azərbaycan vətəndaşı üçün öz millisində işləmək fəxrdi. Fikrimcə, yaxın zamanlarda dediyiniz şeylər həyata keçər və klubda, yaxud yığmada bir iş təklfi edərlər. Biz də canla-başla işimizi aparıb layiqli təmsil edərik.