AFFA Hakimlər Departamentinin sədri Barış Şimşəklə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.
“AFFA və Hakimlər Departamentinin sədri Barış Şimşək arasında mövcud müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. AFFA adından Barış Şimşəyə gələcək fəaliyyətində uğurlar arzu edirik", - deyə qurumdan bildirilib.
Xatırladaq ki, Şimşək 2022-ci ilin yayından bu vəzifədə çalışıb (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC