"Bavariya" Almaniya Bundesliqasının 13-cü turunun təxirə salınmış matçında doğma meydanda "Union Berlin"i 1:0 hesab ilə məğlub edib. Presssport.az xəbər verir ki, oyun zamanı insident baş verib.
Belə ki, Berlin təmsilçisinin baş məşqçisi Nenad Byelitsa qarşılaşmanın 75-ci dəqiqəsində rəqib futbolçu Leroy Saneni yumruqla vurub.
Baş hakim xorvatiyalı mütəxəssisi qırmızı vərəqə ilə cəzalandırıb.
Byelitsa olayla bağlı açıqlamasında topu Saneyə verməyə çalışdığını söyləyib: "Həmin an o, məni itələdi. Bundan sonra isə səhvə yol verdim".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC