"Səbail"də daha bir yeni müqavilə

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Presssport.az xəbər verir ki, Samir Abdullayevlə 1 illik anlaşma əldə olunub. 

Yarımmüdafiəçi ötən mövsüm “dənizçilər”in heyətində Misli Premyer Liqasında 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

U-21 yığmamızın üzvü olan Samir 2022-ci ildən “Səbail"in formasını geyinir.

Xatırladaq ki, Bayıl təmsilçisi bunadək baş məşqçisi Şahin Diniyev və müdafiəçisi Yusif Nəbiyevlə başa çatan müqavilələri yeniləyib. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC