"Qarabağ"dan AFFA-ya: "Yeni çağırışlara qoşulmaq üçün ayrılmaq zamanı yetişmişdi"

“Qarabağ”da mövsüm bitəndən sonra növbəti ayrılıq baş verib.

Presssport.az xəbər verir ki, bu dəfə klub rəsmisinin gedişi olub.

Belə ki, Ağdam təmsilçisinin mətbuat xidmətinin əməkdaşı, sosial meda meneceri Mehman Əşrəfovla yollar ayrılıb.

Bu haqda “Facebook”dakı şəxsi səhifəsində məlumat paylaşan gənc həmkarımız gedişinin öz istəyilə bağlı olduğunu açıqlayıb:

"Dəyərli, “Qarabağ” ailəsi!

Klubda 3 il 4 aylıq fəaliyyətimi başa vurdum. Bu, mənim üçün asan qərar deyildi, amma yeni çağırışlara qoşulmaq üçün ayrılmaq zamanı yetişmişdi.

“Qarabağ”da birlikdə çalışdığım mehriban kollektivə və böyük azarkeşlərə təşəkkür edirəm. Bu müddət ərzində əlimdən gələnin ən yaxşısını etməyə çalışdım.

Klubda çalışan hər kəslə dost münasibətdə oldum və bu, həmişə belə qalacaq.

“Qarabağ”da böyüdüm, inkişaf etdim… Unudulmaz günlər üçün “Qarabağ” ailəsinə təşəkkür edirəm.

Uğurlar, dostlar!".

Onu da bildirək ki, Əşrəfovun yeni iş yeri AFFA olub. Bu hadqa saytımıza özü məlumat verərək, milli assosiasiyada Sosial Media Komandasında fəaliyyətə başladığını söyləyib. O, sabah milli komandamızla birgə beynəlxalq yoldaşlıq görüşləriylə əlaqədar Avstriya-Macarıstana birhəftəlik səfərə yollanacaq.   

Xatırladaq ki, Əşrəfov II Qarabağ Müharibəsinin iştirakçısı olaraq Prezident medalçısıdı.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC