19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün ilk oyununu keçirib.
Presssport.az xəbər verir ki, U-19 Qazaxıstanın müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşıb.
Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüş millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 27-ci dəqiqədə Nihad Əhmədzadə, 87-ci dəqiqədə Şahin İbrahimov vurublar.
Xatırladaq ki, Elxan Abdullayevin komandası turnir çərçivəsində iyunun 7-də, Bakı vaxtı ilə saat 18:00-da Türkiyənin U-20, ayın 10-da isə saat 20:30-da Moldovanın U-19 yığmasıyla qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC