"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, paytaxt təmsilçisi vitse-kapitanı Adil Nağıyevlə vidalaşıb. 28 yaşlı müdafiəçi ilə imzalanmış müqavilənin müddəti başa çatıb və uzadılmayıb.
“Səbail“ futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Nağıyev 2019-cu il avqustundan 2022-ci ilin avqsutundan "Səbail"də oynayıb, 2023-cü ilin yanvarında icarədən qayıdaraq cari mövsümün sonunadək “dənizçilər”in formasını geyinib.
Xatırladaq ki, "Səbail" daha əvvəl kapitanı Ağabala Ramazanovla da yollarını ayırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC