Ayxan Abbasov "Şamaxı"yla danışıqları davam etdirir: "Klub rəhbərliyilə 2 dəfə görüşmüşük, müsbətə doğru..."

“Şamaxı”yla hələ ki danışıqlar gedir. Amma yüzdəyüz bir şey yoxdu. Onlar baş məşqçiylə ayrılandan sonra görüşdük".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Turan Tovuz”un sabiq baş məşqçisi Ayxan Abbasov deyib.

Premyer Liqaya 1 illik fasilədən sonra dönən “Şamaxı” yeni baş məşqçi axtarışındadı və əsas namizəd məhz Abbasovdu. PRO kateqoriyalı 43 yaşlı mütəxəssis klub rəhbərliyilə 2 dəfə görüşdüyünü diqqətimizə çatdırıb: “Bunlar Şamaxıda yox, Bakıda olub. İlk görüş tanışlıq xarakteri daşıdı, klubla, gələəck planlarla bağlı ümumi məlumat aldım. İkinci görüşdə isə oturub gələcək əməkdaşlıq perspektivləriylə bağlı fikirlərimizi bölüşmüşük. Hələ ki məsələ açıq qalıb. Yəqin, öz aralarında iclasları olacaq və bundan sonra qarşıdakı günlərdə görüşümüzün olması mümkündü. Artıq bundan sonra hər şeyə yüzdəyüz aydınlıq gələcək. Müsbətə doğru, iki tərəfi də razı salacaq məqamlar olsa, yəqin ki, işbirliyimiz olacaq. Bu zaman yəqin, son klubumdakı köməkçilərim - Elnur Çodarov və qapıçılarla işləyən Kamil Qafarovla birgə gedərəm"

Xatırladaq ki "Şamaxı" onu I Liqanın çempionu edən baş məşçqi Ramiz Məmmədovla əməkdaşlığa son qoymağı, həmin şəxsin klubun İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərməsini daha məqsədəuyğun sayıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC