Bojoviç ruslara "Neftçi"dən ayrılmasından danışdı: "Hər yerdə işləməyə hazıram və..."

Miodraq Bojoviç "Neftçi"nin baş məşqçisi vəzifəsindən ayrılması haqda açıqlama verib.

Presssport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis bu barədə Rusiya mətbuatına danışaraq bakılılarla “1+1 il” şərtiylə müqavilə bağladığını vurğulayıb: "Amma qarşıdakı mövsümdə işləmək barədə razılığa gəlmədiyimiz üçün komandadan ayrıldım. Çempionat bu yaxında başa çatdı. İndi ailəmlə Yunanıstanda tətildəyəm. Buna görə də tətildən sonra təkliflərə baxacam".

Monteneqrolu məşqçinin sözlərinə görə, istənilən variantı nəzərdən keçirəcək: "Hər yerdə işləməyə hazıram və Rusiyaya da qayıda bilərəm”.

Xatırladaq ki, Bojoviç 2023-cü ilin dekabrın 24-də "Neftçi"nin baş məşqçisi təyin olunub. Bu il mayın 26-da isə paytaxt klubu onunla yolları ayırdığını açıqlayıb. Buna əsas səbəb "Neftçi"nin çempionatı 5-ci yerdə başa vuraraq avrokuboklardan kənarda qalması olub. Bojoviç qazanmalı olduğu Azərbaycan Kubokunda isə mübarizəni yarımfinalda dayandırıb. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC