Qazaxıstan yığmasını Azərbaycan millisi ilə yoldaşlıq görüşünə yeni baş məşqçisi Stanislav Çerçesov çıxarmayacaq.
Presssport.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası (QFF) məlumat yayıb.
Bildirilir ki, mllinin iyundakı yoldaşlıq görüşlərində komandaya yeni təyin edilən rusiyalı mütəxəssis rəhbərlik etməyəcək. Komandanı Azərbaycan və Ermənistan milliləri ilə oyunlara baş məşqçinin köməkçisi Ruslan Baltiyev hazırlayacaq.
Qazaxıstan - Azərbaycan oyunu iyunun 7-də Macarıstanda keçiriləcək.
Xatırladaq ki, QFF Çerçesovun təyinatını iyunun 3-də elan edib. Son iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstan "Ferensvaroş"u olan 60 yaşlı mütəxəssisin adı Azərbaycan millisi ilə də hallanırdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC