"Səbail" Abdullazadəylə bağlı da qərar verdi

"Səbail" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rüfət Abdullazadə ilə yeni - 2 illik müqavilə imzalanıb.

23 yaşlı cinah yarımmüdafiəçi Bakı təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə meydana çıxdığı 35 oyunda (2015 dəqiqə), 6 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, Bakı təmsilçisi buna qədər Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yollarını ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayevlə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC