Milli Azərbaycanı tərk etdi - Avstriyada qalacaq, Macarıstanda oynayacaq

Milli komandamız Azərbaycanı tərk edib.

Presssport.az xəbər verir ki, Arif Əsədovun məşqçisi olduğu yığmamız bu gün saat 16:00-da çarter reysilə səfərə çıxıb.

Bunlar Macarıstanda keçiriləcək yoldaşlıq görüşləriylə əlaqədar birhəftəlik səfərdi.

Amma millimiz bu ölkəyə yox, Avstriyanın Qrats şəhərinə üz tutub və bunun üçün 4 saatlıq uçuşu olacaq. Yığmamız həmin şəhər ətrafındakı qəsəbədə - dağ meşəsində yerləşən oteldə məskunlaşacaq. Bu, Macarıstanla sərhədə yaxın məkandı. 

Albaniya və Qazaxıstanla sınaq matçları isə Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək. Bunun üçün millimiz avtosbula təxminən 40-50 dəqiqəlik yol qət edəcək. 

Xatırladaq ki, Azərbaycan Albaniyayla iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla bundan 4 gün sonra saat 18:00-da qarşılaşacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC