"Çox istərdim ki, "Dördlər finalı"na yüksələk, amma bəzi səbəblərdən alınmadı" - millimizin kapitanı

"Bir neçə gün əvvəl Qızıl Avropa Liqasında mübarizəni dayandırdıq. Çox istərdim ki, "Dördlər finalı"na yüksələk. Amma bəzi səbəblərdən alınmadı".

Presssport.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Aynur İmanova Qızıl Avropa Liqasında çıxışları barədə danışarkən deyib.

O, yarışdakı uğursuzluğa görə təəssüfləndiklərini söyləyib: "Komanda olaraq daha çox oyunda qələbə qazanmağa çalışdıq, lakin olmadı. Buna görə bütün oyunçularımız çox təəssüflənir. Federasiyanın prezidenti Şahin Bağırova, başda Faiq Qarayev olmaqla bütün məşqçilərə təşəkkür etmək istəyirəm. Xüsusilə bizə sona qədər dəstək verən azarkeşlərimizə təşəkkür edirəm. Bu yarışda çıxışımız istədiyimiz kimi alınmadı. Səhvlərimizi təkrarlamamaq üçün daha çox çalışacağıq. İnanıram ki, növbəti oyunlarda daha uğurlu çıxış edəcəyik".


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC