Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sumqayıt”ın ispaniyalı legioneri Oktavio Mantekanın gələcək taleyi qeyri-müəyyən qalıb.
Presssport.az-ın əldə etdiyi məlumata görə, qış fasiləsindən sonra zədələri olan, əsas heyətdə yerini itirən təcrübəli futbolçunun mövsümün axırına yaxın göndərilməsi, daha doğrusu, icarə müqaviləsinin uzadılmayacağı qərarlaşdırılmışdı. Bu yerdə bildirək ki, 31 yaşlı mərkəz yarımmüdafiəçisi Bolqarıstanın "MOİK 1948" klubundan keçən yay 1 illiyə icarəyə götürülüb.
Amma indi fikir dəyişikliyi yaranıb və rəhbərlik onu götür-qoy edir ki, Mantekanı daha 1 il də saxlasın. Bu üzdən Sofiya klubuyla yenidən təmasa girmək planlaşdırılır.
İstənilən halda, bu, legionerin qalacağı anlamına gəlməməlidi. Yəni, Oktavionun getmək ehtimalı daha çoxdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC