"Beşiktaş"ın futbolçusu Baxtiyor Zaynutdinov karyerasını yenidən Rusiya Premyer Liqasında davam etdirəcək.
Presssport.az xəbər verir ki, "Zenit" Qazaxıstan millisinin üzvünü transfer edib.
Sankt-Peterburq təmsilçisi bu keçid üçün Türkiyə klubuna 4,5 milyon avro təzminat ödəyəcək.
"Beşiktaş" Zaynutdinovu 2023-cü ilin yayında Moskva MOİK-indən transfer etmişdi. 26 yaşlı sol cinah müdafiəçisi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol vurub.
Xatırladaq ki, Qazaxıstan yığması iyunun 11-də Macarıstanda Azərbaycan millisiylə yoldaşlıq görüşü keçirəcək. Zaynutdinov bu oyuna çağırılmayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC