"Qarabağ"ın futbolçusu Yasin Benzia "Mançester Siti"nin sabiq yarımmüdafiəçisi, hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun üzvü olan Riyad Mahrezin Əlcəzair millisinin düşərgəsində yer almamasına fikirlərini söyləyib.
Presssport.a xəbər verir ki, Benzia 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Qvineya (6 iyun) və Uqanda (10 iyun) ilə keçiriləcək görüşlərdə Mahrezi əvəzləməyə qadir olub-olmaması sualını belə cavablandırıb:
"Milliyə kimisə əvəz etmək üçün gəlməmişəm. Baş məşqçinin sərəncamındayam. O, mənim üçün hansı mövqeyi seçsə, orda da oynaya bilərəm. Bir çox mövqelərdə oynamaq imkanım var və yaxşı çıxış etmək üçün əlimdən gələni edəcəm".
Xatırladaq ki, son vaxtlar daim milliyə çağırılan Yassin qollar vuraraq uğurlu çıxış edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC