Yunanov "Kəpəz"də qalmağı düşünmür: "Tovuz, "Turan" mənə doğmadı, təklif gəlsə, əlbəttə ki, dəyərləndirərəm"

Premyer Liqada qalmağı bacaran “Kəpəz”də hələ ki heç bir futbolçuyla yeni müqavilə imzalamayıb. Yalnız o məlumdu ki, hələ I Liqada çıxış etdiyi vaxtda heyətində çıxış etmiş müdafiəçi Elçin Əlicanovla yollar rəsmən ayrılıb və o, karyerasını “Zirə”də davam etdirəcək. Gəncə klubunda 5-6 ayda uğurlu çıxışla yadda qalan, “Səbail”dən icarəyə gəlmiş təcrübəli hücumçu Amil Yunanovun da müqaviləsi bitib və onunla artıq sərbəst futbolçu kimi yeni anlaşma imzalanacağı gözlənilirdi. Amma bu, hələ ki baş verməyib. Amillə əlaqə saxlayaraq vəziyyətlə maraqlandıq. 

- Gələcək karyeranla bağlı nə qərar vermisən?

  • - Açığı, “Kəpəz”də deyirlər ki, hələ vəziyyət pisdi. Belə gedişlə yəqin, orda qalmayacam. Düzü, heç bir şey də demirlər. Məsələ açıq qalıb, gözləyirəm hələ. 
  • - “Kəpəz”də vəziyyət normal olsaydı, yəqin, qalardın. Çünki baş məşqçin Adil Şükürov açıqlama vermişdi ki, sənin çıxışından razıdı və qalmağını istəyir…
  • - Bəli, Adil müəllim elə bir müsahibə vermişdi. Açığı, qışda danışmışdıq, müqavilənin bəzi şərtləriylə bağlı söhbət etmişdik. Düzü, hələ onda ilyarımlıq müqavilə imzalayacaqdıq. Sadəcə, dedilər ki, müəyyən səbəblərə görə 6 ay bağlayaq. Demişdilər ki, bundan sonra yaxşı olacaq. Lakin baxıram ki, yaxşı heç nə yoxdu. 
  • - Rəhbərlikdən maraqlanmısan ki, klubda vəziyyət necədi?
  • - Belə maraqlanmamışam. 1-2 dəfə elə-belə danışmışam. Klubdan deyirlər ki, bir az vəziyyət yaxşı deyil. Belə deyək, az ödənişli oyunçularla yola davam etmək istəyirlər. Hələ ki gedişat bunu göstərir. Bilmirəm sonra necə olacaq.
  • - Bəs, Adil müəlimlə danışmısanmı? O, sənə nə tövsiyə edir?
  • - “Kəpəz”ə sırf bu məşqçiyə, onun istəyinə görə gəlmişdim. Məni qışda komandaya o, dəvət eləmişdi. Söhbətim də olub Adil müəllimlə. Bildirib ki, vəziyyət qeyri-müəyyən qalır, heç nə yaxşılığa doğru getmir. Bildiyim qədər heç bir futbolçuyla danışıq aparmırlar. Hamı hələ ki gözləyir. Kiminsə təklifi var, çıxıb gedir. Necə ki Elçin Əlicanov, yaxşı təklifləri vardı, ayrıldı “Kəpəz”dən. Təklifi olmayan da gözləyir. 
  • - Eləsə bu sual yerinə düşür - sənin özünün bir təklifin varmı?
  • - Açığı, yoxdu. Səmimi deyim ki, çoxu elə bilirdi “Kəpəz”də qalacam. Amma bu klub tərəfindən mənə heç nə deyilmədi. Çox adam məni görərək elə bilir ki, “Kəpəz"lə artıq müqavilə bağlamışam. Çünki Adul müəllimin mətbuata elə bir çıxışı, çempionatda son 2 turadək olmuşdu. Ancaq elə bir şey yoxdu - hələ ki mənə nə deyən bir söz var, nə bir danışan. Bir sözlə, heç nə yoxdu. Gözləyirəm başqa variantları. Mən də elə başa düşürdüm ki, mövsüm bitəndən sonra “Kəpəz”də nələrsə olacaq. Çünki müəyyən danışıqlar olmuşdu. Amma baxıram ki, heç bir şey olmadı. Qışdakı danışdığımızdı, o da qalıb elə.
  • - Doğma Tovuzun təmsilçisində oynamamısan. "Turan Tovuz"dan təklif gözləyirsən, yoxsa necə?
  • - Təklif olsa, əlbəttə ki, dəyərləndirərəm. Tovuz, “Turan” mənim üçün doğmadı. Yaxşı təklfi olsa, əlbəttə ki, bu klubda oynamaq istəyərəm. Hal-hazırda "Turan Tovuz"da vəziyyət yaxşıdı, klub rəhbərliyi Tovuz futbolu üçün böyük işlər görür ki, buna görə sağ olsunlar. Mənə əslən Tovuzdan olan futbolçu kimi bunu görmək çox xoşdu. 
  • - Orda baş məşqçi dəyşikliyi oldu. Yəqin ki, Ayxan Abbasovla yolların ayrılması sənin üçün də gözlənilməz oldu…
  • - Əlbəttə ki, belədi. Amma futbolda belə şeylər olur. Gərək baş məşqçi məsələsinə aydınlıq gəlsin. Əsas amil də odur ki, ora gələn yeni baş məşqçidən çox şey asılıdı. Görək o, kim olacaq, bundan sonra nə olur. 
  • - Səmimi olsan, daha iddialı, avrokuboklarda oynayan klublardan təklif gözləməzsən, daha çox 2-ci “5-lik”də özünü görərsən?
  • - Futboldu, bilmək olmaz. Sabah hansısa komanda səni istəyə, təklif göndərə bilər. Amma açığı, yuxarıda gedən komandalardan elə də təklif gözləmirəm. Daha çox dediyiniz kimi, 2-ci “5-lik”dən təklif gözləyirəm.
  • - Karyeranda ən yaxşı vaxtların Samir Abasovun rəhbərliyi altında elə indi də çalışdırdığı "Sumqayıt"da olub. Bunun üstüdən 10 ilə yaxın vaxt keçib. Necə düşünürsən, yaxşı vaxtın olsaydı, Samir müəllim səni indi götürərdi?
  • - O bir müddət idi, gəldi, keçdi də. Yaxşı vaxtın deyəndə ki, futbolçuda bunun olması baş məşçqidən asılıdı. Yenə də mənim üçün heç nə gec deyil. Baş məşqçi futbolçuya inansa, güvənsə, 4-5 oyun ardıcıl şans versə, təbii ki, hər biri yaxşı formaya düşür, yavaş-yavaş öz sözünü deyir. Futbolçunu yaxşı edən baş məşqçidi.
  • - Amma bir şeyi də nəzər alaq ki, onda gənc idin, 21-22 yaşın vardı, indisə yaşın 30-u keçib…
  • - Razıyam, yaş öz sözünü deyir. Onda gənc idim, amma təcrübəsiz. İndisə təcrübəm var. Ən azından bilirsən ki, çempionatlarda neçə oyun oynamısan. Bu, məndə artıq 200-ü keçib. Ola bilər ki, çıxıb bir az qaçarsan, misal üçün 12 yox, 10 km, amma təcrübənlə meydanda daha çox faydalı ola bilərsən. Futbolda belə şeylər var. Samir müəllimin də öz fikri, düşüncəsi var. İndi daha yaxşı oyunçular istəyər. Bilirsiniz, Azərbaycanda elədi  - üstəlik, hamısı avrokuboklara çıxır - hamı istəyir ki, qıradqan legioner oyunçu gətirsin. Amma bizdə neçə illərdi yerli hücumçular var. Sadəcə, heç kim istəmir, hamı əcnəbi forvard istəyir. 
  •  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC