Misli Premyer Liqasında may ayının ən yaxşı qolu müəyyənləşib.
Presssport.az xəbər verir ki, PFL-in “Ayın qolu” nominasiyasında 2023/24 mövsümün son qalibi “Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev olub. O, komanda yoldaşı Brayan Moreno ilə gərgin mübarizədən 1 səslə qalib ayrılıb - 98:97. Hər 2-si “Səbail”ə səfərdə 3:0 hesabıyla qalib gəldikləri matçda fərqlənib.
Xatırladaq ki, “Neftçi”nin futbolçularından başqa, "Sabah"dan Ayaz Quliyev və Anatoli Nuriyev, "Qəbələ"dən isə Əyyub Alaşın qolu da ayın ən yaxşısı adına namizəd idi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC