Arif Əsədov: "Yoldaşlıq görüşü olsa da, meydana qələbə üçün çıxacağıq”

Azərbaycan milli komandası yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da Albaniya yığması ilə qarşılaşacaq.

Presssport.az xəbər verir ki, yığmamızın məşqçisi Arif Əsədov matçdan öncə keçirilən mətbuat konfransında açıqlamalar verib.

O, qarşıdakı iki oyunda bizi yaxşı rəqiblər gözlədiyini vurğulayıb: “UEFA Millətlər Liqası turniri öncəsi son yoldaşlıq görüşləridi. Hazırlığın ilk mərhələsində bəzi futbolçuları tempdə saxlamaq üçün onlara 3 günlük məşq keçdik. İyunun 3-dən etibarən komanda şəklində tam heyətlə məşqlərə başladıq. Bolqarıstanla son oyundakı modeli daha da təkmilləşdirməyə çalışdıq. Yoldaşlıq görüşü olsa da, meydana qələbə üçün çıxacağıq”.

Əsədovun fikrincə, futbolçuların hazırlığından razı qalıb və onların münasibəti yaxşı oyuna ümid verir: "Rəqibdən asılı olmayaraq, hər bir oyun bizim üçün əlavə motivasiyadı. Qazaxıstan yığması ilə bir-birimizi daha yaxşı tanıyırıq. Düzdür, əvvəllər Albaniya ilə qarşılaşmışıq. Son dövrlərin Albaniya yığması isə iki dəfə Avropa çempionatına vəsiqə qazanmış kollektivdi. Bu da onların gücünün göstəricisidi. Ancaq komanda şəklində intizamlı oynasaq, rəqibə imkan vermərik və istəyimizə nail olarıq”.

Xatırladaq ki, millimiz Qazaxıstanla iyulun 11-də həmin məkanda qarşılaşacaq. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC