"Belə matçlar mənim üçün bayram kimidi" - Mahir Emreli

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli sabah Albaniya yığması ilə keçiriləcək yoldaşlıq görüşündən öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, 27 yaşlı futbolçu rəqibin gücünün onlara bəlli olduğunu söyləyib: “Avropa çempionatına hazırlaşdıqlarını bilirik. Keyfiyyətli oyunçulara malik komandadı. Albaniya millisini analiz etmişik. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq, xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bu bayraq altında mübarizə aparırsansa, rəsmi və ya yoldaşlıq görüşü olmasından asılı olmayaraq, qarşılaşmaların hamısı vacibdi”. Mahirin fikrincə, Albaniya yığmasının Avropa çempionatına hazırlaşması millimizə əlavə motivasiya verir: "Belə matçlar mənim üçün bayram kimidi. Milli komanda ilə qazanılan uğurun əvəzini heç nə vermir. Həmçinin hansı formada olduğumuzu görmək baxımından da əhəmiyyətli görüş olacaq. Komanda olaraq məşqlərdə bütün gücümüzlə hazırlaşırıq”.

Xatırladaq ki, Albaniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC