21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirib.
Presssport.az xəbər verir ki, səfərdə slovakiyalı həmyaşıdları ilə üz-üzə gələn Samir Əliyevin komandası 2:3 hesabı ilə məğlub olub.
Bratislavadakı Senec Məşq Mərkəzində baş tutan matçda yığmamızın qollarını 70-ci dəqiqədə Samir Abdullayev, 89-cu dəqiqədə isə Ağadadaş Salyanski vurub.
Xatırladaq ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstandan olan həmyaşıdlarıyla yoldaşlıq oyununda qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC