Azərbaycan millisi Rusiya yığması ilə yoldaşlıq görüşü keçirə bilər.
Presssport.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFİ) baş katibi Maksim Mitrofanov "RİA Novosti" agentliyinə açıqlama verib.
O, Azərbaycan, Ermənistan və Qazaxıstan futbol federasiyaları ilə danışıqlar apardıqlarını söyləyib: "Amma Avropa komandaları ilə yoxlama görüşü keçirmək üçün razılaşmaq olduqca çətindi. UEFA-nın digər konfederasiyalardan fərqli olaraq, sıx təqvimi var. Bura dünya və Avropa çempionatlarına əlavə vəsiqələr verən Millətlər Liqası turniri də daxildir. Yoldaşlıq görüşləri üçün pəncərə demək olar qalmır”.
Xatırladaq ki, Rusiya millisi və klubları Ukraynadakı müharibəyə görə 2 ikdir FİFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC