Xvalko "Kəpəz"də qalmaq, Qəbələdə oynamaq istəyir: "Hələ "Şamaxı" da qayıtdı, görün, nə qədər matç edir..."

“Mövsümü major notda bitirdiyimizi deyə bilmərik. Axı, son matçımızda uduzduq. Lakin prinsipcə, vəzifəmizi yerinə yetirdik, Premyer Liqada qaldıq. Əlbəttə, yekunda 1 xal da olsa götürmək istərdik. Hərçənd, “Turan Tovuz”un boşa verdiyi penaltini nəzərə alsaq, bizdən qol imkanı daha çox idi. Ümumiyyətlə, son turlarda az qol vəziyyətləri yaratdıq. Məğlubiyyətlərə gətirən qollar isə sadəcə, diqqətsizliyimizin nəticəsi idi".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in belaruslu legioneri Yeqor Xvalko deyib. O, başa çatdığı mövsümdə Qərb derbisini xüsusilə fərqləndirib: “Turan Tovuz"la oyunlarımızda ajiotaj hiss olunur. Belarusda də belə Qərb derbisi var və özüm də onda iştirak etmişəm. Bu, Qrodno “Neman”ıyla Brest “Dinamo"su arasındadı. ”Neman"da oynamışam. Bizdəki derbidə də insanlar stadiona çox gəlir və böyük motivasiya olur. Hər halda, derbi derbidi. Yaxın şəhərlərin təmsilçilərinin duelidi, qarşıdurma, prinsipial rəqabət var. Futbolçu üçün xoş hal odur ki, bu qədər insan stadiona gəlir. Aydın məsələdi ki, çoxlu azarkeş topladığımızla öyünə bilmərik. Çünki mövsüm ərzində müxtəlif şəhərlərdə oynadıq. Amma insanlar - azarkeşlərimiz, fanatlarımız arxamızca gəldi. Başa çatan mövsüm üçün onlara minnətdarlığımı bildirirəm".

Məlumdu ki, “Kəpəz” Gəncədə yenidən tikilən stadionunda növbəti mövsüm də oynaya bilməyəcək. Rəqibləri keçən mövsümdə olduğu kimi, ya Qəbələdə, ya da Tovuzda qəbul etmək variantları arasında seçim ediləcək. Bəs, gəncəlilərin əcnəbi kapitanı harda oynamaq istərdi? :“Əlbəttə, Qəbələdə oynasaq, daha yaxşı olardı. Çünki orda ot örtüyü təbiidi. İndisə “Şamaxı” da Premyer Liqaya qayıtdı və ”Səbail"i də nəzərə alsaq, sintetik qazonlu meydanı olan komandaların sayı 3-ə yüksəldi. Bu da 6 oyun deməkdi. Tovuzda oynasaq, 18 ev matçı olacaq. Görün, nə qədər oyun edir… Say bir mövsüm isə xeyli çoxdu".

Yeqorun “Kəpəz"də çıxışını davam etdirməsi üçünsə başa çatan müqaviləsini yenələməsi lazımdı. 27 yaşlı müdafiəçi hazırda əsas diqqətini yaxşıca istirahətə, mövsümün yorğunluğunu çıxarrmağa yönəldib: ”Əlbəttə, birmənalı evdə istirahəti düşündüm. İndi isti havadı, niyə başqa yerə uçasan? Bu mənada evdə ailəmlə birgə dincəlmək ən yaxşı variantdı. Bu, mənim üçün ən yaxşı istirahətdi, nəinki hardasa istidə, dənizdə olmaq. Danşıqıları mövsüm bitəndən sonraya saxladıq. İlk növbədə “Kəpəz”lə danışığım nəzərdə tutulub. Bu, yüz faiz belədi".

Xatırladaq ki, Xvalko “Kəpəz”də 2 mövsümdü çıxış edir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC