"Yuventus"un futbolçusu AVRO-2024-ü buraxacaq

Polşa millisinin futbolçusu Arkadiuş Milik AVRO-2024-ü buraxacaq.

Presssport.aaz xəbər verir ki, “Yuventus”un 30 yaşlı hücumçusu Ukrayna ilə yoldaşlıq oyununda (3:1) zədələnib.

Komandanın baş məşqçisi Mixal Probez matçdan sonra açıqlamasında Milikin Avropa çempionatına yollanmayacağını deyib. 

Milik son mövsümdə 36 matçda 8 qol vurub və 1 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Polşa millisi 14 iyun - 14 iyul tarixlərində keçiriləcək AVRO-2024-ün D qrupunda Niderland, Avstriya və Fransa milliləri ilə birgə çıxış edəcək. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC