Azərbaycan millisinin və "Yurqorden"in üzvü Musa Qurbanlı Albaniya millisi ilə yoldaşlıq oyunundan (1:3) sonra jurnalistlərə açıqlama verib.
Presssport.az xəbər verir ki, millimizin görüşdəki yeganə qolunun müəllifi olan futbolçu əvvəlcə "Qarabağ"a qayıdacağı barədə məlumatlara münasibət bildirib.
O, bu xəbərləri inkar etməyib: "Bu, hələ rəsmiləşməyib. Ona görə də bu barədə indidən nəsə deməyim düz çıxmır. Hələ də "Yurqorden"lə müqaviləm davam edir. Məsələ tam rəsmləşəndən sonra nəsə demək olar".
22 yaşlı hücumçu "Bu mövsüm "Qarabağ" üçün çox uğurlu alındı. Necə düşünürsən, Musa ilə "Qarabağ" daha güclüdür yoxsa Musasız" sualını belə cavablandırıb: "Qarabağ" həmişə güclüdür. Hər il də heyətini qorumaq və yeni futbolçular transfer etməklə daha da güclənir. Ağdam klubu ildən-ilə daha da gücünə güc qatır. Ona görə də mənlə və ya mənsiz daha güclüdü demək bir qədər düz çıxmır. Oyunçular dəyişdikcə komanda keyfiyətində heç bir problem yaranmır".
Daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Musaya oğlu olduğu üçün layiq olduğu qədər şans vermədiyinə dair sözlər söyləmişdi. Hazırda isə Ağdam təmsilçisinin qol silahı Juninyodur. O, Juninyo ilə rəqabət apara bilib-bilməyəcəyi haqda bunları deyib: "Yuxarıda qeyd etdiyim kimi, hələ harda çıxış edəcəyim rəsmləşməyib. Amma özümə həmişə inanıram, maksimum işimi görməyə çalışıram. Rəqabətdən çəkinmirəm. Kim məqşlərdə səylə çalışırsa, o da uğur qazanacaq".
Musa ötən gün vurduğu qolu da şərh edib: "Buna sırf ev hazırlığıydı deməzdim. Sadəcə, əvvəlcə uzaq küncə tərəf yönəldim, ancaq Qismətin ötürməsinin daha arxaya getdiyini görüncə, topun hara gələ biləcəyini təxmin etdim və lazımi yerdə olaraq qol vurdum".
Millidə ardıcıl 2-ci qolunu vuran Musa komandasına daha çox kömək etmək istədiyini bildirib: "Əlbəttə ki, iştahım artır. Milli komandada qol vurmaq qürurverici və xoşdur. Bu gün yığmada qol vurmağım həm özümə inam, həm də klubumda daha çox şans qazanmağım üçün də vacibdir".
Musa Qazaxıstan millisinə qarşı keçirəcəkləri oyun barədə də fikirlərini bölüşüb. Futbolçu bu görüşdə də qol vursa, atası Qurban Qurbanovun rekordunu qırmağa 1 addım da yaxınlaşacaq. Forvard isə bu haqda deyib: "Atamın milli komandada bombardir olması mənim üçün ayrıca fəxrdir. Amma hələlik bu barədə fikirləşmirəm, hələ atama çatmağa uzun yol var. Amma hər oyunda qol vurmağım xoş olar".
Hücumçu millidə yerli yoxsa əcnəbi baş məşqçi yer almalıdı" sualına cavab verib: "Bu sual mənə əvvəllər də verilmişdi. Hesab edirəm ki, cavab verməyim düzgün deyil. Bir futbolçu kimi işim meydana çıxıb layiqincə çıxış etməkdir. Qalan məsələlər mənim səlahiyyətimə aid deyil".
O, sonda qarşıdan gələn Millətlər Liqasından danışıb: "İldən-ilə artırmaq istəyirik. Öz oynumuzu yaxşılaşdırmaqla maksimun irəli getmək və daha çox xal toplamağı hədəfləyirik" (qol.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC