Silvinyo millimizlə matçı fərqli oyun saydı: "Azərbaycan qarşı digər futbolçuları və fərqli oyun üsullarını sınamaq istəyirdik"

“Arxada qalan dövrdən razıyam. Amma günlər yaxınlaşır və sabah təlim-məşq mərkəzinə yola düşürük. İndi işimizin ən vacib anı gəlir. Bu, hazırlıq mərhələsidi. Futbolçular

50 oyunla gəlir. Gəlsinlər, bu, çətin mərhələdi. Əsas olan qrup idarəçiliyidi".

Presssport.az xəbər verir ki, bu fikirləri Albaniya yığmasının baş məşqçisi Silvinyo Azərbaycan millisinə Macarıstanda 3:1 hesabıyla qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib.

Bu matç albanların AVRO-2024-ü son sınağı olub. Final mərhələsində ilk rəqib İtaliyayala olacaq. Braziliyalı mütəxəssisin fikrincə, son yoxlama matçında anti-İtaliya strategiyası kifayət etmədi: "Fərqli oyundu. Artıq bu dövrdən sonra hazırlıq bilavasitə İtaliya ilə matça həsr olunacaq. Bu iki yoldaşlıq görüşündə (Lixtenşteyn və Azərbaycan-red) futbolçularla işləmək, onların vəziyyətini görmək və mümkün qədər yaxşı idarə etmək bizim üçün vacib idi.

Maraqlıdı, İtaliyaya qarşı millimizlə olan start heyəti çıxacaq? Silvinyo bunu bilmədiyini etiraf edib: "Qarşıda bizi çox iş gözləyir. Asani və Broxanın əvəzlənməsi? Onlar çox az keçirib. Asani bu il bir dənə də olsun rəsmi oyun keçirməyib. Yalnız martda və indiki yoldaşlıq oyunları. Onun oynaması və mümkün qədər çox dəqiqə alması bizim üçün vacibdi. İkinci hissədə nəyisə sınadıq. Digər futbolçuları və fərqli oyun üsullarını sınamaq istəyirdik”, - Silvinyo Super Sport-a bildirib.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC