“Qarabağ” Futbol Akademiyasında baş məşqçi ayrılığı gerçəkləşib. Presssport.az xəbər verir ki, Ağdam klubunun U-15 komandasının baş məşqçisi Rakif Əliyev işindən ayrılıb.
O, “Faceebook”dakı səhifəsində öz istəyi ilə klubu tərk etdiyini açıqlayıb "“Bu gün öz istəyimlə “Qarabağ” akademiyasından ayrıldım. Komandamla ölkə çempionu və Türkiyədə beynəlxalq turnirdə çempion olduq. Bunun üçün çox şadam. Bu gün də komandamı 1-ci pillədə təhvil verdiyim üçün bütün futbolçularıma “çox sağ ol” deyirəm”.
"Qarabağ” U-15 Liqada keçirdiyi 16 oyundan sonra 45 xalla liderdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC