Badminton üzrə milli komandamızın üzvləri Türkiyənin Ankara şəhərində keçirilən “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”nə qələbə ilə başlayıb.
Presssport.az xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo, Aqil Qəbilov, Diki Pangestu və Cahid Əlhəsənov ilk görüşlərini uğurla başa vuraraq 1/4 finala yüksəlib.
Qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/8 finaldan qoşulan Həcər Nuriyeva və Leyla Camalzadə ilk mərhədə Özbəkistanı təmsil edən bamdintonçuları mübarizədən kənarlaşdıraraq adlarını ən güclü səkkizliyə yazdırıb. Keişa Fatimə Zəhra və Era Maftuha isə mübarizəyə 1/4 finaldan başlayacaq.
Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo-Diki Pangestu tandemi Türkiyə badmintonçularına qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Qadınların qoşa yarışında Leyla Camalzadə və Həcər Nuriyeva özbək rəqiblərinə qalib gələrək yarımfinalda iştirak hüququ qazanıb. Era Maftuha-Keişa Fatimə Zəhra qoşası isə mübarizəyə yarımfinaldan start verəcək.
Keişa Fatimə Zəhra-Edi Reski Dviçayo və Era Maftuha-Diki Pangestu isə qarışıq qoşa kateqoriyasında 1/4 finalda mübarizə aparacaq.
Badmintonçularımız Diki Pangestu və Era Mafruha qarışıq-qoşa yarışında Qırğızıstanlı rəqiblərinə 21:11, 21:9 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC