Macarıstanın Sombatxey şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Presssport.az xəbər verir ki, Polşanın LKS klubunun müdafiəçisi Rahil Məmmədov məşqçinin icazəsi ilə düşərgəni tərk edib. Onun Albaniya yığmasıyla yoldaşlıq görüşündən sonra düşərgəni tərk etməsi öncədən razılaşdırılmışdı.
Əvəzində viza problemi həll olunan digər “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov komandaya qoşulub.
Rahil albanlarla görüşdə start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
Xatırladaq ki, millimiz Macarıstanda növbəti yoldaşlıq görüşünü iyunun 11-də Qazaxıstan yığmasıyla keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC