“Qarabağ”ın futbolçusu AVRO-2024-a yekun heyətdə yer aldı

Gürcüstan millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb.

Presssport.az Gürcüstan Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 26 nəfərlik heyətdə "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili də yer alıb. 

Fransalı baş məşqçi Villi Sanyol yerli çempionatdan yalnız 2 futbolçunu dəəvt göndərib. 

Qapıçılar: Giorgi Mamardaşvili ("Valensiya"), Giorgi Loria ("Dinamo", Tiflis), Luka Quqeşaşvili ("Qarabağ")

Müdafiəçilər: Solomon Kverkveliya ("Əl-Oxdod"), Giorgi Qvelesiani ("Persepolis"), Quram Kaşiya ("Slovan", Bratislava), Cemal Tabidze ("Panetolikos"), Laşa Dvali (APOEL), Luka Loçoşvili ("Kremoneze"), Otar Kakabadze ("Krakoviya"), Giorgi Qoçoleyişvili ("Şaxtyor", Donetsk)

Yarımmüdafiəçilər: Nika Kvekveskiri ("Lex"), Giorgi Çakvetadze ("Uotford"), Anzor Mekvabişvili ("Universitatea"), Qabriel Siqua ("Bazel"), Otar Kiteişvili ("Şturm"), Giorgi Koçoraşvili ("Levante"), Levan Şengelia ("Panetolikos"), Sandro Altunaşvili ("Volsfberqer"), Saba Lobjanidze ("Atlanta United"), Giorgi Tsitaişvili ("Dinamo", Batumi)

Hücumçular: Budu Zivzivadze ("Karlsrue"), Jorj Mikautadze ("Mets"), Xviça Kvaratsxeliya ("Napoli"), Zuriko Davitaşvili ("Bordo"), Giorgi Kvilitaya (APOEL)

Xatırladaq ki, gürcülər ilk dəfə çıxış edəcəkləri final mərhələsində - iyunun 14-dən iyulun 14-dək Almaniyada F qrupunda Portuqlaiya, Çexiya, Türkiyə milliləriylə bir qrupa yer alıb. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC