“Albanlardan qolları əks-hücumlarda buraxdıq. Oyunda topa sahib daha çox biz idik. Amma deməzdim ki, çox qol imkanımız vardı”.
Bu fikirləri Presssport.az-a açıqlamasında millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
Macarıstanda Albaniya yığmasına 1:3 hesabıyla uduzduqları yoldaşlıq görüşünü şərh edən təcrübəli qolkiper ilk qolda səhvinin olduğunu inkan etmir. O, həmin epizodu belə xatırlayıb: “Topu bir az gec gördüm, nəticədə zərbəyə bir az gec reaksiya verdim. Bilirsiniz, oyunumun ”planka"sını elə yüksək qaldırmışam ki, hər buraxdığım qolda günah məndədi. Bu, normaldı ki, insanlar hər zərbəni qaytarmaq və tutmaq istədiyimi görmək istəyir. Öz üzərimdə daha çox işləyəcəm".
Şahruddin millidə yerli məşqçilər işləmələrindən və italiyalı sabiq çalışdırıcıları Canni de Byaziylə Macarıstanla rastlaşamalrından söz açıb: “Məşqçi məsələsində heç bir fərq görmürəm, çünki Arif Əsədov son illərdə bizimlə birgə idi. De Byaziylə oyunadək görüşdük, Matçdan sonra isə artıq onu görmədim. Həmişə xoşdu görüşüb danışmaq, hər halda neçə il bir yerdə olmuşuq”.
Məhəmmədəliyev Macarıstandakı təlim-məşq toplanışında son olaraq iyunun 11-də keçirəcəkləri Qazaxıstan yığmasıyla yoldaşlıq görüşüylə bağlı gözləntilərini də bölüşüb: “Bu oyuna daha yaxşı vəziyyətdə yanaşacağıq. Maraqlı matç olacaq”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC