Eldəniz Əzizli reytinq turnirinin qalibi oldu, 2 güləşçimizə zədə mane oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub.

Presssport.az xəbər verir ki, son yarış günündə 4 yunan-Roma güləşçimiz mübarizə aparıb.

Eldəniz Əzizli (55 kq) iranlı Puya Dad Marza (6:1), gürcüstanlı Nuqzari Tsurtsumiaya (8:0) və braziliyalı Marat Qaripova (9:0) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həsrət Cəfərov (72 kq) da eyni nəticəni təkrarlayıb. Bu dəfə özünü yuxarı çəkidə sınayan istedadlı güləşçimiz iranlı Seyid Söhrabi (12:6), macarıstanlı Kristofer Klanyi (7:0), gürcüstanlı Şmaqi Bolkvadze (7:1) və misirli Mustafa Alameldin (5:2) üzərində qələbə qazanaraq yarışın baş mükafatına yiyələnib.

Onunla eyni çəkidə çıxış edən Ülvü Qənizadə ilk mərhələdə koreyalı Hyeonjin Kanqı (3:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda macarıstanlı Kristian Vançayla görüşü zədə üzündən yarımçıq saxlamaq məcburiyyətində qalıb.

Sənan Süleymanova (77 kq) da uğurlu çıxış etməyə zədə mane olub. Düzdür, həmyerlimiz yarımfinaladək irəliləyib. Qazaxıstanlı Demeu Jadrayev 1/8 finalda xalçaya çıxmadığı üçün Süleymanov birbaşa 1/4 finala yüksəlib. Bu mərhələdə İranın təcrübəli güləşçisi Məhəmməd Əli Gerayini 6:1 hesabıyla üstələyən Sənan finalın bir addımlığında yaponiyalı Nao Kusakaya minimal fərqlə (1:2) uduzub. Bu görüşdə zədəsi ağırlaşdığı üçün istədiyi kimi güləşə bilməyən Süleymanov bürünc medal uğrunda qarşılaşmaya çıxmayıb.

Beləliklə, reytinq turnirini 3 qızıl medalla başa vuran millimiz 85 xalla komanda hesabında 4-cü yeri tutub. Xatırladaq ki, ötən gün Murad Məmmədov (63 kq) çempion olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC