I Liqaya vəsiqə uğrunda ilk pley-off oyununda "Cəbrayıl"a 0:2 hesabı ilə uduzan "Araz Saatlı"nın futbolçusu Rəvan Əvəzov matçın sonlarına yaxın ciddi xəsarət alaraq ambulansla stadionundan birbaşa xəstəxanaya aparılıb.
Saatlı klubunun mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, rəqib futbolçuların müdaxiləsi olmadan sürüşərək yıxılan, hazırda reanimasiyada müalicə alan hücumçunun qolu çıxıb: “İlkin yoxlanışa əsasən dirsək oynağının çıxıntısı qeydə alındı. Əlavə olaraq KT müayinəsi olunacaq. Həkim rəyinə əsasən Rəvanın qolu bir həftə gipsdə qalacaq. Dörd həftə isə yaşıl meydanlardan uzaq olacaq”.
Xatırladaq ki, "Araz Saatlı" I Liqada sonuncu - 10-cu yeri tutubsa, "Cəbrayıl" II Liqanı 2-ci pillədə tamamlayıb. Tərəflər arasında cava oyunu iyunun 15-də reallaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC