Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Presssport.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 507 komandadan ibarət siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.
5 pillə geriləyən "Qarabağ" (183,75 xal) 53-cü sırada yer alıb. 15 pillə irəliləyən "Zirə" (62,25 xal) 369-cudu.
17 pillə irəliləyən "Sabah" (60,75) 388-ci, 5 addım geriləyən "Neftçi" (59,25 xal) isə 403-cüdü.
Onu da bildirək ki, dünya reytinqinə “Mançester Siti” (401 xal) başçılıq edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC