15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş kişilər arasında bilyard idman növü üzrə Sumqayıt şəhər çempionatı keçirilib

8-9 iyun tarixlərində Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhər, 43-cü məhəllədə yerləşən Bilyard Lounge-da 15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş kişilər arasında bilyard idman növü üzrə Sumqayıt şəhər çempionatı keçirilib.

Presssport.az xəbər ki, çempionatın keçirilməsində məqsəd şəhərdə 15 iyun - Milli Qurtuluş gününün qeyd edilməsi, bilyard idman növünün təbliği və inkişafı, asudə vaxtın səmərəli təşkili və idmançılar arasında sağlam həyat tərzinin təbliğidi.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən çempionatda Yaşar Qasımov 1-ci, Nizami Vəliyev 2-ci, Fuad Ocaqverdiyev və Ruslan Behbudov 3-cü yerə layiq görülüb.

Qalib və mükafatçılar medal, diplom və kubokla təltif edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC