"Zirə"nin ukraynalı sabiq legioneri Vladislav Kulaç qəsəbə klubunun başa çatan mövsümdəki çıxışından danışıb.
Presssport.az xəbər verir ki, öz ölkəsinin mətbuatına açıqlama verən təcrübəli hücumçu komandadan ayrılmasına da münasibət bildirib: “Bu mövsüm göstərilən nəticələr komanda üçün olduqca yaxşıdı. Çempionatda “Qarabağ”dan sonra 2-ci komandayıq. Buna görə də mövsüm komanda üçün uğurlu oldu. Şəxsən mənə gəlincə, təbii ki, daha yaxşı olmasını istərdim. Mikrozədələr istədiyim formada olmağıma maneçilik törətdi. Lakin bütövlükdə həm mənim, həm də komanda üçün yaxşı mövsüm oldu”.
31 yaşlı Kulaç Azərbaycan çempionatındakı oyun səviyyəsi ilə Ukraynadakı oyun arasında ciddi fərq olduğunu deyə bilmədiyini vurğulayıb: "İndi hər ölkədə futbol oynamağı bacarırlar. Fikrimcə, yerli çempionat rəqabət və mübarizə baxımından ildən-ilə inkişaf edir. Bu mövsüm, məsələn, son turda 2-ci yeri də tuta bilərdik, 5-ci yeri də. Mübarizənin sonadək davam etməsi çox maraqlıdı".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC