I Liqaya vəsiqə uğrunda pley-off mərhələsinin cavab matçının məkanı hələ bəlli deyil.
Presssport.az xəbər verir ki, “Araz Saatlı" səfərdə 0:2 hesabıyla uduzduğu "Cəbrayıl”la təkrar oyunu evdə keçirilməli olsa da, ordakı stadionda - Saatlı Olimpiya İdman Kompleksinin meydançasında bəzi problemlər olduğuna görə rəqibini doğma məkanda qəbul edə bilməyəcəyi deyilir.
“Araz Saatlı”nın baş məşqçisi Şəhriyar Məmmədov isə saytımıza açıqlamasında belə problemlə üzləşməyəcəklərini hesab etmir: “İnşallah, heç bir problem olmaz. Sadəcə. detallı çatışmazlıqlar var və onu da rayon rəhbərimizin köməyilə, dəstəyilə aradan qaldıracağıq. İnanmıram ki, detallı bir şeylərə görə ev oyunumuzu başqa yerə salsınlar. 99 faiz əminəm ki, icra başçımız Elmir Bağırov cənabları bizə köməklik edəcək. Sonra Olimpiya İdman Kompleksinin direktoru Aqil Heydərov çox çalışır ki, çatışmazlıqlar aradan qalxsın. Onun da az zəhməti yoxdu ki, oyun məhz Saatlıda olsun. Bir sözlə, bu cür insanların dəstəyi, bizə qayğısı varsa, məncə, o haqda düşünməz dəyməz ki, başqa bir yerdə oynayaq. Düzdü, Azərbaycanın hər bir şəhəri bizim üçün çox dəyərlidi. Ancaq söhbət Saatlıdan gedirsə, doğma divarlar, doğma azarkeşlər qarşısında oynamaq bizim üçün böyük bir stimuldu”.
Xatırladaq ki, PFL-in iyunun 15-də keçiriləcək həmin cavab görüşünün məkanını və başlanma saatını bu gün açıqlayacağı gözlənilir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC